00:00:00
Yazar
Admin User
14.10.2025 15:42 111 2 dəq oxuma
Siyasət

Tramp oktyabrın 17-də Zelenski ilə görüşəcəyini təsdiqləyib

Tramp oktyabrın 17-də Zelenski ilə görüşəcəyini təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp oktyabrın 17-də Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul etməyi planlaşdırır.


Tramp Şarm-əl-Şeyxdən Vaşinqtona qayıdarkən təyyarəsində jurnalistlərə açıqlama verib.


Eyni zamanda Tramp Ukraynaya "Tomahawk" raketlərinin tədarük olunması imkanları ilə bağlı suala cavab verməyib.


Mövzu ilə bağlı “informator.az” a açıqlamasında siyasi politoloq əli bəy bildirib ki,Trampın açıqlamaları əlbəttə yaxın şərqdə atəşkəsi saxlamaq,sülh prosesinə gətirmək cəhdinin etirafıdır:


“Tramp həqiqətən istəyir ki, Yaxın Şərqdə savaş olmasın. O,hər zaman bu məsələyə deyinib ki, Yaxın Şərqdə savaşmaq bizə lazım deyil. Bu bizi böyük işlərdən qoyur. Çünki İsrail Yaxın Şərqdə Amerikanın ən yaxın müttəfiqidir. İsrail savaşında məcburdur ki, Tramp onu dəstəkləsin. Amma onu dəstəkləyəndə Yaxın Şərqdəki digər dövlətlərlə üz-üzə gəlir, Ərəb ölkələriylə münasibətlər korlanır. Bu isə Amerikanın strateji maraqlarına uyğun deyil. Çünki bu qarşıdurma olanda Ərəb ölkələridə digər dövlətlərlə Rusiya ilə, Çinlə yaxınlaşır. Bu da Amerikanın strateji maraqlarına olduqca ziddir. Heç vaxt Ərəb ölkələri ilə düşmən olmaq istəmir. Xüsusəndə, indiki dünya düzəninin yeni formalaşdığı məqamda. Ona görə də bəli bunu belə qəbul etmək lazımdır ki, Tramp oradan buraya gəlməklə savaşı bidəfəlik dayandırmaq istəyini bildirdi. Netanyahu da yəqin ki, bu şərti qəbul edib. Ümid edirəm ki, Yaxın Şərqə sülh gəlir.

Zelenskinin görüşmə hissəsinə gəldikdə isə yəqin ki, Zelenskini dəstəkləyəcəklər. Burada məqsəd Zelenskiyə lazım olduğu qədər silah-sursat vermək və Rusiyanı sülhə məcbur etməkdir. Əslində bu məsələ xeyli vaxtdır ki, müzakirə olunur. Tramp çalışırdı ki, Rusiya ilə bir formada dil tapsın amma alınmır. Ona görə də Trampı daha çox ona inandırırdılar ki, o Ukraynanı dəstəkləsin. Nə qədər lazımdırsa, hərbi dəstək versin ki, Ukrayna güclə Rusiyanı sülhə məcbur etsin. Tramp İsraildəki çıxışında qeyd etdi ki, biz güclə Həması məcbur elədik ki, sülhə gəlsin .Eyni metodu yəqin ki, Rusiyaya qarşı tədbiq edəcək. Ukraynanı gücləndirib Rusiyanı sülhə məcbur etmək məsələsi yəqin ki, burdada danışıqların mövzusu olacaq. Böyük ehtimalla, ABŞ Ukraynaya lazım olan hər cür hərbi dəstəyi verəcək .Bu məsələdə Rusiya çox həssasdır. Amma Rusiyanın təlaşı başa düşüləndir. Sadəcə olaraq Amerika tamaqrafların əvəzinə başqa güclü silahlarda Ukraynaya verə bilər.Bu silahlar Rusiyanı ciddi şəkildə zəiflədə bilər.Hər halda anlaşılan odur ki, Tramp Ukraynanı dəstəkləyib Rusiyanı zəiflədəcək ki, burada da savaşı dayandıra bilsin". 


Selcan Xudiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər