Tramp Polşaya 5 min ABŞ hərbçisinin göndəriləcəyini açıqlayıb
Amerika Prezidenti Donald Tramp ABŞ-nin Polşaya əlavə olaraq 5 min hərbçi göndərəcəyini bildirib.
"İnformator.az" xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"Dəstəkləməkdən qürur duyduğum Polşanın hazırkı prezidenti Karol Navrotskinin uğurla seçilməsini və onunla olan münasibətlərimizi nəzərə alaraq ABŞ-nin Polşaya əlavə 5 min hərbçi göndərəcəyini elan etməkdən məmnunam", - Amerika lideri yazıb.