00:00:00
Yazar
Admin User
13.11.2025 18:10 127 2 dəq oxuma
Siyasət

Tramp prezident seçiləndən sonra Azərbaycan-ABŞ əlaqələri yeni mərhələyə keçib

Tramp prezident seçiləndən sonra Azərbaycan-ABŞ əlaqələri yeni mərhələyə keçib

Dövlət başçısı Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyərək, onların regionun inkişafı üçün mühüm rol oynadığını vurğulayıb.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, Tramp prezident seçildikdən sonra Azərbaycana qarşı olan  Bayden dövründə həyata keçirilmiş bir çox bədnam məsələləri ləğv etdi:

 

“Bayden administrasiyası dövründə Azərbaycana qarşı münasibət qənaətbəxş deyil, kifayət qədər yeni məntərəst münasibət bəsləyirdi. Həm Co Baydenin özü olsun, həm də dövlət katibi Entoni Blinkenin İrəvanla çox isti münasibətlərin qurulmasına çalışırdı. Bu dövrdə Cənubi Qafqazdakı mövcud reallıqları sanki qəbul etmək istəmirdilər. Yəni bu da Azərbaycan və ABŞ arasındakı münasibətlərdə müəyyən dərəcədə çaşqınlığın yaranmasına gətirib çıxarırdı. Nəticə etibarıilə burada itirən tərəf əlbəttə ki, ABŞ oldu və faktiki olaraq ABŞ-nin Cənubi Qafqazdakı mövqelərinə ciddi şəkildə zərbələndi. Daha sonra istər ikitərəfli münasibətlərin irəliləyişində göstərdiyi cəsarətli addımlar, istər ikitərəfli münasibətlərin irəliləməsi üçün göstərdiyi addımlar, istərsə də Ermənistan Azərbaycan münaqişəsinin həllində ABŞ və Azərbaycan arasındakı münasibətlərin inkişafına xüsusi şərait yaradacaq amillər olub. Yəni bütün bunlara görə düşünürəm ki, bundan sonrakı mərhələdə də neçə ölkənin arasındakı münasibətlər daha da inkişaf edəcək. Çünki bunun üçün potensial var. Hər iki dövlət başçısının məhz bununla bağlı xüsusi istəyi var niyyəti var. Yəni bu, əlbəttə ki, ikitərəfli münasibətlər dövlətlər arasında iradə tələb edən məsələdir. Liderlərin buna istəyi var. Əgər bu şəkildə davam edərsə, bəli, Azərbaycan və Ermənistan arasında Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərdə biz müsbət irəliləyişlərin şahidi ola bilərik “.

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər