00:00:00
Yazar
Admin User
03.05.2024 18:24 304 1 dəq oxuma
Dünya

Tramp:Putinin öhdəsindən çox yaxşı gəlirəm!

Tramp:Putinin öhdəsindən çox yaxşı gəlirəm!

Anketlərdə rəqibi Co Baydenlə görünən Tramp, noyabrda ABŞ-da keçiriləcək seçkilərlə ikinci dəfə prezident kürsüsünə oturmağı hədəfləyərək, yenidən prezident seçildikdə, xüsusən də xarici siyasətdə nə edəcəyi barədə "TIME" jurnalına danışdı. O, Fələstin məsələsində xüsusilə iki dövlətli həllə inanmadığını bildirib.

 

Tramp, Qəzzada davam edən hücumlar və Fələstin məsələsi ilə bağlı "Mən İsrailə çox sadiq, digər prezidentlərdən daha sadiq olmuşam. İsrail üçün digər prezidentlərdən daha çox şey etmişəm. Bəli, İsraili qoruyacağam". Tramp Bayden administrasiyasından fərqli olaraq Fələstin məsələsində "iki dövlətli həll"ə inamını itirdiyini bildirib:

 

"İki dövlətin işləyə biləcəyini düşündüyüm vaxtlar olub. İndi iki dövlətin çox, çox çətin olacağını düşünürəm". Tramp Ukraynaya yardımla bağlı müsbət siqnallar ötürmədi:

 

“Mən Avropanı sevirəm. Amma onlar həm NATO-da, həm də Ukraynada bizdən istifadə etdilər. Bizimlə Ukrayna arasında bir okean var. Mən Ukraynaya kömək etməyə çalışacağam, amma Avropa da öz işini görməlidir və mən Putinlə çox yaxşı davranıram” dedi.

 

Milli Qvardiyanın ABŞ sərhədlərini qorumaq üçün daxildə və sərhəddə istifadə oluna biləcəyini ifadə edən Tramp, “Əgər buna nail ola bilməsələr, orduya müraciət edəcək” deyib. O, ABŞ qanunlarına görə ordunun mülki şəxslərə qarşı yerləşdirilə bilməyəcəyini də xatırladıb:

 

“Bunlar mülki deyil. Bunlar ölkəmizdə qanuni olmayan şəxslərdir. Bu, ölkəmizə təcavüzdür".

 

Mənbə: CNNTürk

Aytac Kərimova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər