00:00:00
Yazar
Admin User
08.11.2025 05:29 123 1 dəq oxuma
Dünya

Tramp Putinlə Macarıstanda görüşünü ləğv etmə səbəbini açıqlayıb

Tramp Putinlə Macarıstanda görüşünü ləğv etmə səbəbini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya tərəfinin Ukrayna ilə müharibəni bitirməkyə hazır olmadığını gördüyü üçün Budapeştdə Rusiya lideri Vladimir Putinlə görüşünü ləğv edib.

 

"İnformator az" xəbər verir ki, Tramp bu barədə Macarıstanın Baş naziri Viktor Orbanla görüş zamanı jurnalistlərin Budapeştdəki görüşün ləğvi ilə bağlı sualını cavablandırarkən deyib.

 

"Əsas fikir ayrılığı ondadır ki, onlar hələ də dayanmaq istəmirlər. Düşünürəm ki, dayanacaqlar. Bu, Rusiya üçün böyük təsirə malikdir, hər iki ölkəyə açıq-aşkar təsir edir", – deyə Tramp bildirib.

 

O həmçinin münaqişənin "çox uzaq olmayan gələcəkdə" həll olunacağına inandığını vurğulayıb.

 

Amerika Prezidenti əlavə edib ki, əgər Putinlə görüş razılaşdırılsa, onu Macarıstanın paytaxtında keçirmək istəyərdi.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər