"Tramp qalib gələrsə, ABŞ biznes mühiti qeyri-müəyyənliklə üzləşə bilər"
ABŞ-ın keçmiş prezidenti Donald Trampın qarşıdan gələn seçkilərdə qələbəsi ölkənin biznes mühiti üçün qeyri-müəyyənlik yarada bilər, milyarder və Microsoft korporasiyasının təsisçisi Bill Qeyts Bloomberg -ə müsahibəsində deyib .
"Həm kimin qalib gələcəyi, həm də dəyişikliklərin nə dərəcədə dramatik olacağı baxımından ABŞ siyasətini proqnozlaşdırmaq çətindir. Tramp seçilərsə, biz daha çox dəyişiklik görə bilərik və buna görə də bütün biznes mühiti bir çox qeyri-müəyyənliklə üzləşməli ola bilər" dedi.
Noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək. ABŞ-ın keçmiş lideri Donald Tramp artıq Respublikaçılar Partiyasından namizədliyini irəli sürmək üçün lazımi sayda ilkin səsləri toplayıb. Yenidən prezidentliyə namizəd olan ABŞ-ın hazırkı prezidenti Co Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.
