00:00:00
Yazar
Admin User
28.11.2025 05:58 106 1 dəq oxuma
Dünya

Tramp qanunsuz miqrantları ABŞ-nin sosial problemlərinin əsas səbəbi adlandırıb

Tramp qanunsuz miqrantları ABŞ-nin sosial problemlərinin əsas səbəbi adlandırıb

ABŞ Prezidenti Donald Tramp miqrantların ölkədəki sosial problemlərin əsas faktoru olduğunu bəyan edib.

 

"İnformator.az" xəbər verir ki, o, "Truth Social"dakı paylaşımında hazırkı miqrasiya vəziyyətini sosial dəstək sisteminin yükünün artmasında, dövlət xidmətlərinin keyfiyyətinin pisləşməsində və büdcə kəsirində günahlandırıb.

 

"Rəsmi məlumatlara görə, ABŞ-də 53 milyon əcnəbi (əhalinin siyahıya alınmasına əsasən) yaşayır. Onların əksəriyyəti müavinət alır. İldə 30 min dollar qazanan və "green card"a sahib olan miqrant, öz ailəsi üçün ildə təxminən 50 min dollar müavinət alacaq. Miqrantların real sayı daha çoxdur", - D.Tramp yazıb.

 

Onun sözlərinə görə, miqrant problemi ABŞ-nin əsas sosial problemlərinin başlıca səbəbidir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər