00:00:00
Yazar
Nərmin Həşimova
22.06.2026 15:59 129 2 dəq oxuma
Siyasət

Tramp Qasım Süleymaninin öldürülməsindən danışıb- ŞƏRH

Tramp Qasım Süleymaninin öldürülməsindən danışıb- ŞƏRH

ABŞ Prezidenti Donald Trampın son açıqlamaları yenidən 2020-ci ildə iranlı general Qasım Süleymaninin öldürülməsi məsələsini gündəmə gətirib. Tramp bu əməliyyatı Yaxın Şərq tarixinin ən mühüm hadisələrindən biri kimi qiymətləndirib, Bu hadisə həm beynəlxalq münasibətlərdə, həm də ABŞ-İran qarşıdurmasının inkişafında mühüm dönüş nöqtələrindən biri hesab olunur.


Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın İran generalı Süleymani haqqında dedikləri bu gün nəticə olaraq ortadadır: 


“Uzun müddət regionda fəaliyyət göstərərək geosiyasi balansın İran və Rusiyanın xeyrinə dəyişməsində rolu olan şəxs kimi Qasım Süleymani əsasən Suriyada müsəlman əhalisinin soyqırıma uğradılmasında keçmiş Suriya Prezidenti Bəşşar Əsədə də ciddi dəstək verirdi. Həmçinin vaxtilə Azərbaycana qarşı atılan bir çox addımlarda da onun rolu olub. İran rejimi onu artıq Yaxın Şərqdə bir lider halına gətirib İraq, Suriya, Livan kimi ölkələrdə terror, təxribat, soyqırımı aktları kimi fəaliyyətlərdə istifadə edirdi. İraqda məzhəb davaları, imamların qəbrinin partladılıb digər müsəlmanların üstünə atılması kimi təxribatların məharətli təşkilatçısı olaraq Rusiya və İranın maraqlarını müdafiə edir, bu maraqlar uğrunda əsasən müsəlman əhalinin məhvinə nail olurdu".


Politoloq vurğulayıb ki, ABŞ-nin Süleymaniyə qarşı keçirdiyi əməliyyatın əsl məqsədi başqa idi: 


“Əslində bu əməliyyat sülh və sabitlik üçün deyildi, öz maraqlarının təmini üçün idi. Süleymani İsrailə də sərf edən şəxs idi. Çünki onun Yaxın Şərqdə törətdiyi hadisələrdən İsrail məharətlə yararlanırdı. Fələstinə, Suriya xalqına, Livan xalqına heç bir fayda verməyən bu proseslər əksinə həmin xalqları daha böyük təhlükələrə atdı. Suriyada keçmiş rejimin uzun müddət ayaqda qalması, çoxsaylı müsəlman əhalinin məhv edilməsi bilavasitə Süleymaninin, Rusiya və İranın sayəsində baş verdi. Yaxın Şərqə general və terror təşkilatı lazım deyil, sülh və sabitliyi təmin edəcək siyasətçi, lider lazımdır. Keçmişdən dərs çıxarmaq, diplomatiyaya üstünlük vermək vacibdir".


Mehriban Yariyeva

#Tramp #Süleymani #Yaxın Şərq #şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər