Tramp: Qəza atəşkəsi hələ də qüvvədədir
ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzzada hücumlar həyata keçirməsinə baxmayaraq, oradakı atəşkəsin hələ də qüvvədə olduğunu bildirib.
Tramp bazar günü gecə Air Force One təyyarəsində jurnalistlərə açıqlamasında deyib:
“Həmas ilə çox sakit bir vəziyyətin təmin olunmasını istəyirik.”
İsrail Qəzza şəhəri Rafahda Hamasın hücumlarına cavab olaraq bir sıra hava zərbələri endirib, hər iki tərəf isə atəşkəsi pozmaqda bir-birini ittiham edib.
NBC News
Ədilə Hüseynzadə