Tramp: Qəzzada atəşkəs hələ də qüvvədədir
Ötən gün Qəzzanın cənubunda İsrail ordusu ilə HƏMAS arasında toqquşmalara baxmayaraq, ABŞ prezidenti Donald Tramp atəşkəsin qüvvədə qaldığını bəyan edərkən, hər iki tərəf bir-birini onu pozmaqda ittiham edib.
Tramp iddia edilən atəşkəsin pozulması ilə bağlı HƏMAS rəhbərliyi ilə əlaqəsini inkar edərək, bunun əvəzinə “daxili bəzi üsyançıları” günahlandırdığını deyib. ABŞ prezidenti "Məsələ ilə qəti və düzgün şəkildə məşğul olunacaq",- deyib. Donald Trampın müşaviri və kürəkəni Jared Kushner və xüsusi nümayəndə Stewe Witkoff İsrailə səfər edib və baş nazir Benyamin Netanyahu ilə görüşəcəyi gözlənilir. Vitse-prezident J.D.Vens də yaxın zamanda İsrailə səfər etməyi planlaşdırır.
BBC NEWS
Cavahir Əsgərbəyli