00:00:00
Yazar
Admin User
22.09.2025 17:28 103 2 dəq oxuma
Siyasət

Tramp Rusiyayını "təcavüzkar" adlandırıb

Tramp Rusiyayını "təcavüzkar" adlandırıb

 

ABŞ Prezidenti Donald Trampın Rusiyanı “təcavüzkar” adlandırması dünya siyasətində ciddi müzakirələrə səbəb olub. Bu bəyanat iki ölkə arasındakı münasibətlərə təsir göstərə bilər və ABŞ-nin gələcək xarici siyasətində mümkün dəyişikliklərə işarə kimi qiymətləndirilir.

 

Mövzu ilə əlaqədar olaraq politoloq Aytən Qurbanova "İnformator.az" a açıqlamasında bildirib ki, bu münasibətlər Rusiya-Ukrayna münasibətlərinə təsir göstərə bilər:

 

"Düşünürəm ki, Trampın bu açıqlaması xüsusilə son zamanlarda Tramp-Putin görüşündən gözləntilərin kifayət qədər yüksək olması amma nəticələrin bu gözləntilərlə üst- üstə düşməməsi nəticəsində yaranmış reallıqdan irəli gəlir. Eyni zamanda Rusiyanın artıq hücumlarının Ukrayna sərhədlərini keçərək Avropa məkanına, daha doğrusu NATO-nun sərhədlərin yaxınlaşması və Polşa, Rumıniya və Estoniyanın hədəf seçilməsi, NATO çərçivəsində dövlətlərin mövqeyində də müəyyən dəyişikliklər edilməsinə gətirib çıxardıb. ABŞ burada ən əsas yeri tutur, çünki NATO çərçivəsində Şimali Atlantika Alyansı çərçivəsində əsas söz sahibi olan dövlətin ABŞ olduğunu və proseslərin gedişatına istiqamət verə biləcək əsas yanaşmanında məhz ABŞ-nin mövqeyi ilə ifadə olunduğunu aydın şəkildə demək mümkündür.Ona görə də, Rusiyanın artıq "təcavüzkar" adlandırılması eyni zamanda Rusiyaya münasibətdə konkret mövqeyinin ifadə edilməsi, NATO blok çərçivəsində tərəfdaşlardan gözlənilən əsas yanaşmalardan biridir. Baxmayaraq ki, NATO nizamnaməsinin 5-ci maddəsinin gündəliyə daxil edilməsi ilə bağlı məsələ hələki yaxın perspektivdə real görünmür, amma 4-cü maddənin müzakirəyə çıxarılması, yəni məşvərət xarakterli artıq görüşlərin keçirilməsi labüdlüyü indiki şəraitdə yaranmış reallıqdan irəli gələn zəruri nəticədir. Bu istiqamətdə atılacaq addımlar da onu göstərir ki, Rusiyaya münasibətdə yumşaq mövqedən daha sərt mövqeyə keçir. ABŞ-nin xarici siyasətində də indiki mərhələdə müşahidə edilən əsas istiqamətlərdən biridir. NATO ölkələri bunu müsbət qarşılayacaqlar. Xüsusilə Şərqi Avropa ölkələrinin təhlükəsizlik kontekstini də dəyərləndirdikdə artıq Tramp- Putin ikitərəfli görüşləri hər hansısa bir formada 2 lider arasında olan münasibətlərin ümumilikdə Rusiya-Ukrayna arasında olan münasibətlərin taleyini və gələcəyini həll edəcək əsaslardan olmaması ilə bağlı reallıq aydın ifadə edilir".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər