00:00:00
Yazar
Admin User
11.10.2025 04:38 95 1 dəq oxuma
Dünya

Tramp Si Cinpinlə görüşünü ləğv etmədiyini bildirib

Tramp Si Cinpinlə görüşünü ləğv etmədiyini bildirib

ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının qarşıdakı sammitində Cənubi Koreyada ÇXR Sədri Si Cinpinlə görüşdən imtina etmədiyini, ancaq bunun baş verəcəyinə əmin olmadığını deyib.

 

"İnformator.az" xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə görüşündə bildirib.

 

"Xeyr, mən onu (görüşü-red) ləğv etmədim. Amma onun olub-olmayacağını bilmirəm. Amma hər halda mən orada olacağam. Beləliklə, güman edirəm ki, biz onu (görüşü-red) keçirə bilərik", - ABŞ lideri deyib.

 

O, bununla görüşün ləğv edilib-edilməməsi sualını cavablandırıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər