Tramp Szinpinlə telefon danışığının təfərrüatını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Szinpin ilə telefon danışığının təfərrüatını açıqlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Tramp social şəbəkə hesabında yazıb.
"Biz geniş məsələləri, həmçinin Rusiya-Ukrayna müharibəsini, soya və digər kənd təsərrüfatı məhsulları və digər şeyləri müzakirə etdik. Böyük fermerlərimiz üçün çox vacib bir müqavilə bağladıq və bu, daha da yaxşı olacaq. Çinlə münasibətlərimiz müstəsna dərəcədə güclüdür", - Tramp qeyd edib.