00:00:00
Yazar
Admin User
06.08.2025 17:40 129 2 dəq oxuma
Siyasət

Tramp təhdid edib:

Tramp təhdid edib:

 

Qlobal iqtisadiyyat hazırda qorxu və qeyri-müəyyənlik içərisindədir. Bundan sonra bizim alışımız üçün yeganə meyar malların mənşəyi olmalıdır: biz yalnız hindlilərin əməyi ilə istehsal olunanları almalıyıq. Bunu Hindistan Baş naziri Narendra Modi ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq vətəndaşları yerli istehsalçıları dəstəkləməyə və yalnız Hindistan mallarını almağa çağırarkən deyib.Modi qlobal qeyri-sabitlik şəraitində ölkənin iqtisadi maraqlarının qorunmasının vacibliyini bildirib.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “İnformator.az” a açıqlamasında bildirib ki, Trampın Çin, Hindistan və Braziliyaya qarşı Rusiyaya təzyiq göstərmək məqsədilə atmaq istədiyi addımlar o qədər də asan deyil:

 

“Çünki bu ölkələrlə ABŞ arasında çox böyük ticarət dövriyyəsi mövcuddur. Belə bir şəraitdə bu ölkələrə qarşı, məsələn, 100 faiz rüsum tətbiq etmək ABŞ iqtisadiyyatına da ciddi zərbə vura bilər”.

 

Natiq Cəfərli qeyd edib ki, Hindistana gəldikdə isə düşünürəm ki, danışıqlar nəticəsində ortaq məxrəcə gəlinəcək:

 

“Çünki ABŞ və Hindistan arasında dərin əlaqələr var. Sadəcə olaraq, Hindistan mövcud şəraitdə Rusiyadan aldığı ucuz nefti başqa ölkələrdən də eyni qiymətə əldə etməyə çalışır. Bir növ, ABŞ-yə şərt qoyur: “Əgər Rusiyadan neft almasam, o zaman mənə həmin qiymətə neft təmin edin”. Hazırda bu istiqamətdə danışıqlar aparılır və proses bir qədər uzanır. Hər iki tərəf üstünlüyünü göstərməyə çalışır. Bu isə, ümumilikdə, dünya iqtisadiyyatında qeyri-sabit dalğalanmalara səbəb olur və qlobal iqtisadi sabitliyə mənfi təsir göstərir”.

 

İqtisadçı ekspert əlavə edib ki, Çin, Hindistan, Braziliya və ABŞ-nin dörd tərəfli ticarət dövriyyəsinə baxdıqda, bu rəqəm 1 trilyon dolları aşır:

 

“Bu isə dünya ticarətində əhəmiyyətli bir pay deməkdir. Məhz buna görə də tərəflər bir-birinə təzyiq göstərməklə yanaşı, danışıqlarda üstünlük qazanmağa çalışırlar.Yəni Hindistan nədənsə imtina edirsə, qarşılığında nəsə əldə etmək istəyir. Eyni şəkildə, əgər ABŞ Hindistanı Rusiyadan neft almaqdan imtina etdirmək istəyirsə, əvəzində ona daha böyük bir iqtisadi pay təklif etməlidir. Hazırda əsas danışıqlar məhz bu istiqamətdə gedir”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər