00:00:00
Yazar
Admin User
31.01.2025 10:29 164 1 dəq oxuma
Dünya

Tramp təyyarə qəzasında Bayden və Obama administrasiyalarını günahlandırır

Tramp təyyarə qəzasında Bayden və Obama administrasiyalarını günahlandırır

ABŞ prezidenti Donald Tramp paytaxt Vaşinqton yaxınlığında hərbi vertolyot və sərnişin təyyarəsinin toqquşması və 67 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı ABŞ-ın keçmiş prezidentləri Barak Obama və Co Bayden administrasiyalarını Federal Aviasiya Administrasiyasında (FAA) ixtisassız işə götürməkdə ittiham edib.


Ağ Evin məlumatına görə, Tramp paytaxt yaxınlığında baş verən qəza ilə bağlı yazılı açıqlama yayıb. Tramp: “Bu şok hadisə Obama və Bayden administrasiyaları dövründə Federal Aviasiya Administrasiyasında ləyaqət və səriştəni minimuma endirən problemli və ola bilsin ki, qeyri-qanuni qərarlardan sonra baş verir" -, deyib.

 

Obama administrasiyasının FAA-da işə qəbulla bağlı diqqəti obyektiv istedaddan uzaqlaşdırmaq üçün addımlar atdığını bildirən Tramp, prezident kimi ilk müddətində “ən yüksək təhlükəsizlik standartlarına” çatmaq üçün şərtləri artırdığını qeyd edib. Tramp, yalnız ondan sonra vəzifəyə başlayan Bayden administrasiyasının FAA-da "ləyaqətə əsaslanan işə qəbulu açıq şəkildə rədd etdiyini", "müxtəliflik, bərabərlik və inklüzivlik taktikalarını" tətbiq etdiyini və "zehni qüsurlu şəxsləri" işə götürdüyünü iddia edib.

 

Mənbə: CNN Türk
Kəmalə Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər