00:00:00
Yazar
Aydan Əsgərxanlı
08.07.2026 18:28 23 1 dəq oxuma
Dünya

Tramp: "Ukraynanın Rusiyaya zərbələri müharibənin bitməsinə kömək edə bilər"

Tramp: "Ukraynanın Rusiyaya zərbələri müharibənin bitməsinə kömək edə bilər"

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələri eskalasiya kimi qiymətləndirsə də, bunun münaqişənin sonlanmasına kömək edə biləcəyini açıqlayıb.

 

"İnformator.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Ankarada Ukrayna lideri Volodimir Zelenski ilə görüşü zamanı bildirib.

 

"Bu, vəziyyətin gərginləşməsidir. Lakin eyni zamanda bu, münaqişənin bitməsinə gətirib çıxara biləcək bir eskalasiyadır", - deyə Tramp söyləyib.

 

Görüşdə iştirak edən ABŞ-nin dövlət katibi Marko Rubio isə Ukraynanın Rusiyaya hücumları barədə belə deyib:


"Düşünürəm ki, bu, son bir neçə ay ərzində həmin müharibədə vəziyyəti dəyişən tendensiyalardan biridir. Rusiya üçün öz hava məkanını qorumaq getdikcə çətinləşir. Ümid edirik ki, bu, həmin müharibənin dayandırılması üzrə danışıqlara şərait yaratmağa imkan verəcək".

#müharibənin #rusiyaya #edə #tramp: #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər