Tramp və Çin sədri Si Cinpin hərbi təmasları bərpa ediblər
ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Cinpin arasında Cənubi Koreyada keçirilən görüşdən sonra iki ölkə hərbi əlaqələri bərpa edib.
Məsələ ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Cənubi Koreyada keçirilən görüş gözlənildiyindən az davam edib:
“Burada bir sıra məsələlərin məsələn Tayvan məsələsinin, Rusiyanın neft məsələsinin müzakirə olunmadığı deyilir. Əslində tərəflər yalnız özlərinin bildirdiyi məsələlər barədə məlumat veriblər. Lakin anlaşılır ki, bir sıra iqtisadi məsələlər öz həllini tapıb. Burada Amerika fermerlərinin Çinə soya satışı bərpa olunub. Çinin Amerikaya nadir torpaq elementləri məsələsinin eksportu bərpa olunub. Çiplə bağlı Amerikan şirkəti ilə Çin arasında danışıqlar olacaq. Ukrayna məsələsi ilə də bağlı Çinin vasitəçilik etmək razılığı bildirilib. Tramp deyir ki, Çin tərəfi də bu məsələdə tərəfdaş olmağa hazırdır. Tramp administrasiyasının bu addımının Amerikanın daxili siyasətinə müəyyən müsbət siqnallar verir. Amerika fermerləri istehsal etdikləri soyanın əhəmiyyətli hissəsini Çinə satırdılar. Bu satış dayanmışdı. Amma artıq yenidən bərpa olunub. Bu ABŞ-nin böyük uğurudur. Mümkündür ki, başqa qlobal məsələlərdə də ABŞ və Çin arasında razılıq əldə oluna bilər. Ümumən isə Prezident Donald Tramp görüşü əla adlandırıb. Eyni zamanda Çinə dəvət olunub. Apreldə Trampın Çinə səfəri gözlənilir. Bundan sonra da iki ölkə arasında iqtisadi, diplomatik əlaqələr davam edəcək”.
Çimnaz Telmanqızı
