00:00:00
Yazar
Admin User
17.10.2025 11:20 110 2 dəq oxuma
Siyasət

Tramp və Putin arasında telefon danışığı baş tutub

Tramp və Putin arasında telefon danışığı baş tutub

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Danışıq zamanı iki ölkə arasında münasibətlərin cari vəziyyəti, eləcə də Ukrayna münaqişəsi və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

 

Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ və Rusiya arasında davam edən danışıqların əsas məqsədi, yəni prezidentlər Donald Tramp və Vladimir Putin arasında baş tutan son telefon danışığının əsas mövzusu Ukraynaya veriləcək silahlarla bağlıdır:

 

"Xüsusilə uzaqmənzilli raketlərin verilməsi planlaşdırılır ki, bu da Rusiya tərəfini ciddi şəkildə narahat edir. Məhz bu səbəbdən Rusiya ABŞ ilə dialoqu bərpa etməyə çalışır və yaxın vaxtlarda iki lider arasında görüşün keçiriləcəyi barədə məlumatlar yayılıb. Böyük ehtimalla ABŞ Rusiyadan Ukraynada müəyyən güzəştlər tələb edəcək. Ehtimal olunur ki, tərəflər arasında atəşkəs müqaviləsi imzalansın. ABŞ müharibənin dayandırılmasında maraqlıdır və bunu hər hansı vasitə ilə reallaşdırmaq niyyətindədir. Belə bir halda, mövcud sərhədlər daxilində atəşkəs razılaşması imzalana bilər".

 

Ekspert həmçinin bunu da qeyd edib ki, "De jure" olmasa da, "De facto" həmin ərazilərin Rusiyanın nəzarətində qalması şərti ilə Putin müharibəni dayandırmağa razı sala bilər:

 

"ABŞ-nin bu məsələdə maraqlı olmasının əsas səbəbi isə iqtisadi amillərlə bağlıdır. Belə ki, ABŞ və Ukrayna arasında ölkənin mineral ehtiyatlarının istismarı ilə bağlı müqavilə imzalanıb. Müharibə şəraitində bu resurslardan istifadə mümkün deyil. Buna görə də ABŞ üçün müharibənin dayandırılması vacibdir. Ukraynanın nadir mineral ehtiyatları cihaz istehsalı və elmi-texniki inkişaf üçün strateji əhəmiyyət daşıyır. Bu cür resurslara malik olan Çin bu sahədə artıq ABŞ-ni ötüb, xüsusilə süni intellekt və yüksək texnologiyalar istiqamətində üstünlük qazanıb. ABŞ isə bu vəziyyətin qarşısını almaq üçün dünyadakı zəngin mineral yataqlarına, o cümlədən Ukraynaya maraq göstərir. Əgər müharibə dayandırılmazsa, ABŞ bu sahədə Çindən asılı vəziyyətə düşə bilər. Lakin Çinlə iqtisadi rəqabətin davam etdiyi bir dövrdə bu, Vaşinqton üçün arzuolunan hal deyil".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər