Tramp və Putin Ukrayna sülh danışıqlarında irəliləyiş üçün lazımdır
ABŞ-nin baş diplomatı Marko Rubio deyir ki, o, Türkiyədə keçiriləcək Ukrayna-Rusiya sülh danışıqlarına böyük ümidlər bəsləmir və irəliləyiş əldə etmək üçün Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin görüşməsi lazımdır. “Prezident Tramp və prezident Putin bu mövzuda birbaşa əlaqə saxlamayınca, burada bir irəliləyiş əldə edəcəyimizi düşünmürəm”, o, Türkiyənin cənubunda NATO xarici işlər nazirlərinin görüşündən sonra deyib.
Vladimir Zelenski Ukraynanın İstanbuldakı danışıqlar üçün nümayəndə heyəti göndərəcəyini təsdiqləyib, lakin Moskvanın göndərdiyi “aşağı səviyyəli” heyəti tənqid edib. Onun rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski təkid edib ki, Kreml komandası "bütün lazımi səlahiyyətlərə malikdir”. Günün əvvəlində Yaxın Şərqdə səfərdə olan Tramp həmçinin təklif edib ki, o və Putin şəxsən görüşənə qədər sülh danışıqlarında əhəmiyyətli irəliləyişlər mümkün olmayacaq. “Air Force One” təyyarəsində BBC-nin Rusiya nümayəndə heyətinin səviyyəsindən məyus olub-olmadığını soruşduqda o, “Baxın, Putinlə mən bir araya gələnə qədər heç nə olmayacaq”,- deyib.
BBC News
Asiman Vəliyeva