00:00:00
Yazar
Admin User
17.10.2025 17:51 91 2 dəq oxuma
Dünya

Tramp və Putin zirvəsi

Tramp və Putin zirvəsi

ABŞ Prezidenti Tramp, Ukrayna lideri Zelenski ilə Ağ Evdə keçirəcəyi görüşdən əvvəl Putinlə telefonla danışıb. Tramp, Putininlə Budapeştdə “iki həftə ərzində” görüşəcəyini açıqlayıb.

 

Ağ Ev iki saata yaxın davam edən görüşün başa çatdığını bildirərək:

“Görüş yaxşı və məhsuldar keçib. Gələn həftə yüksək səviyyəli rəsmilərin iştirak edəcəyi bir toplantı təşkil etmək barədə razılığa gəldik. Yüksək səviyyəli rəsmilərin təmasından sonra yeni bir Tramp-Putin görüşü baş tuta bilər”,– açıqlamasını verib.

 

Kremlin tərəfindən verilən açıqlamada isə zirvə təsdiqlənib. Görüşün məhsuldar olduğunu bildirən Kremlin, “Liderlər əlaqədə qalmaq barədə razılığa gəldilər” ifadəsini istifadə edib. Budapeştdə keçirilə biləcək görüşlər üçün hər iki ölkənin sürətli hazırlıq aparacağı qeyd olunub. Telefon görüşməsinin Rusiyanın istəyi ilə baş verdiyi bildirilib: “Budapeştdə görüş təklifi isə Trampdan gəldi. Prezident Putin bu təklifi qəbul edib", – deyilib.

 

Digər tərəfdən, Hamas ABŞ Prezidenti Trampın “atəşkəs razılaşmasına əməl etmədikləri” yönündəki ittihamlarına belə cavab verib:

“İsrail əsirlərinin cənazələrini təhvil vermək üçün vaxta ehtiyacımız var. Bəziləri İsrail hücumları nəticəsində bağlanmış tunellərdə qalıb, bəziləri isə dağılan binaların xarabalıqları altında qalıb. Cənazələri çıxara bilmək üçün avadanlığa ehtiyacımız var. İsrail bu avadanlıqların bölgəyə daxil olmasına mane olub",– açıqlaması verilib.

 

Macarıstan Baş naziri Viktor Orban isə ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüş barədə açıqlama verib. Orban deyib:

“ABŞ və Rusiya prezidentləri arasında planlaşdırılan toplantı, sülhpərvər dünya xalqları üçün əla xəbərdir. Biz hazırıq. Bir az əvvəl Prezident Trampla telefonla danışdım. ABŞ-Rusiya sülh zirvəsi üçün hazırlıqlar davam edir. Macarıstan sülh adasıdır".

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər