Tramp və Zelenski telefon danışığı aparacaq
ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski gələn həftə telefon danışığı aparacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə "Sky News" mənbələrinə istinadla məlumat yayıb.
Telefon danışığının əsas mövzusu ABŞ tərəfinin hazırladığı 28 bəndlik Ukrayna üzrə yeni sülh planıdır.
Qeyd edilib ki, danışıqdan əvvəl V. Zelenski bu məsələ ilə bağlı Böyük Britaniya, Fransa, İtaliya və Almaniya liderləri ilə məsləhətləşmələr aparacaq.