00:00:00
Yazar
Admin User
22.09.2025 12:59 216 2 dəq oxuma
Siyasət

Tramp Venesuelanı hədələyib

Tramp Venesuelanı hədələyib

ABŞ Prezidenti Donald Tramp Venesuela hakimiyyətinin ABŞ-dən deportasiya edilən bütün vətəndaşlarını qəbul etməli olduğunu, əks təqdirdə nəticələrin pis olacağını deyib.


Mövzu ilə əlaqədar Politoloq Tural İrfan “İnformator.az”a olan açıqlamasında bildirib ki, bir neçə gün öncə ABŞ-nin Venesuela gəmisini vurması və indi də deportasiya edilmiş vətəndaşlarını qəbul etməli olduğunu bəyan etməsi münasibətləri gərginləşdirib:

 

“ABŞ-nin Venesuelaya qarşı sərt addımları onun Çinlə münasibətlərinə görədir. Narkotik qaçaqmalçılığının qarşısını almaq adı ilə gəmilərə hücum təşkil edilməsini rəsmi Pekin tənqid etmişdi. Həmçinin bir neçə ildir ki, Venesuela və Çin arasında yaxınlıq son dərəcə inkişaf etmiş müttəfiqlik səviyyəsin gəlib çatıb. ABŞ-nin Çinə qarşı təsir və təziq göstərmək vasitəsi kimi onunla müttəfiq və sıx əlaqələrdə olan ölkələrə basqı tətbiq etməsi dünyada əlavə gərginlik yaradacaq. ABŞ-nin Rusiyaya qarşı sanksiyalar məsələsində Avropa İttifaqına qoyduğu şərt də ondan ibarət idi ki, Çinlə münasibətlərinə yenidən baxsınlar, gömrük vergisini artırsınlar. Avropa da bunun ABŞ-dən  asılılıqdan başqa  bir şey olmadığı qənaətindədir. Ümumiyyətlə hazırda Vaşinqton Venesuelaya qarşı tətbiq etdiyi basqılar Çini hərəkətə keçirəcək. Deportasiya edilmiş vətəndaşlarını qəbul etmək istəməyən Maduro hökuməti də ABŞ-nin bu bəyanatına qarşı sərt mövqeyini ortaya qoyub. Əgər Vaşinqton bu tələbində davam etsə Çin başçılığındakı alyans ABŞ-nin təziqlərinə qarşı yeni ittifaq yarada bilər”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər