00:00:00
Yazar
Admin User
21.05.2025 16:56 199 1 dəq oxuma
Dünya

Tramp yenidən Cənubi Afrikada “genosid” iddialarını gündəmə gətirib

Tramp yenidən Cənubi Afrikada “genosid” iddialarını gündəmə gətirib

ABŞ-nin sabiq prezidenti Donald Tramp Oval Ofisdə keçirilən görüş zamanı yenidən Cənubi Afrikada ağdərili fermerlərə qarşı “genosid” iddialarını gündəmə gətirib. O, Cənubi Afrika Prezidenti Siril Ramafosa ilə görüşü zamanı ofisdə olanlara guya ağdərili fermerlərin dəfn yerini əks etdirən bir video nümayiş etdirib.

 

Tramp videonun nümayişi zamanı belə deyib: “Bu dəhşətli bir mənzərədir, heç vaxt belə bir şey görməmişəm".
Ramafosa isə dərhal Trampa müraciət edərək sual edib: “Cənab Prezident, sizə bunun harada çəkildiyini deyiblərmi?” Tramp isə cavabında “Xeyr” deyib. Bunun üzərinə Ramafosa bildirib: “Mən bunun harada olduğunu öyrənmək istərdim, çünki belə bir şeyə rast gəlməmişəm". Tramp isə qısa şəkildə cavab verib: “Bu, Cənubi Afrikadadır".
Hadisənin davamında jurnalistlər Trampa Qətər tərəfindən ona hədiyyə edilən təyyarə ilə bağlı sual ünvanlayıblar. Bu sual Trampın narazılığına səbəb olub və o, jurnalistə sərt cavab verib. Eyni zamanda Ramafosa isə Trampın göstərdiyi videolarla bağlı fikirlərini bölüşmək istədiyini bildirib. Qeyd edək ki, Tramp daha əvvəl də Cənubi Afrikada ağdərili fermerlərin hücuma məruz qaldığına dair şübhəli iddialarla çıxış edib. 

 

BBC news
Əhmədli Selcan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər