00:00:00
Yazar
Admin User
29.12.2025 17:53 97 2 dəq oxuma
Siyasət

Tramp-Zelenski görüşünün nəticəsi

Tramp-Zelenski görüşünün nəticəsi

Ukrayna və ABŞ Prezidentləri Volodimir Zelenski ilə Donald Trampın Floridada baş tutan görüşü təxminən üç saat davam etsə də, yekunda tərəflər müharibənin dayandırılması ilə bağlı ciddi irəliləyiş elan etməyib.

 

Mövzu ilə bağlı AĞ Partiya başqanının müavini, beynəlxalq əlaqələr üzrə şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, onsuz da Tramp ilə Zelenski arasındakı görüşdən bir nəticənin əldə olunmayacağı əvvəlcədən məlum idi:

 

“Çünki son zamanlarda intensivləşən telefon danışıqları, eləcə də görüşlər görünən odur ki, nəticəsiz qalıb. Avropa iki hissəyə bölünüb: ABŞ və Avropa İttifaqına daxil olan ölkələr arasında. Hər iki tərəf bu müharibənin sonunda üstünlük qazanmağa çalışır. Təbii ki, Ağ Evdə bunun qarşısında bir dirəniş göstərir. Tramp çalışır ki, müharibəni bitirən bir sülhpərvər lider kimi tarixə keçsin və eyni zamanda gələn il ən nəhayət 2-ci dəfə cəhd etdiyi “Nobel” mükafatını əldə edə bilsin. Onun üçün də bu cür danışıqları tez-tez aparır, istər Putinlə, istər Zelenski ilə, istərsə də digər Avropa ölkələrinin liderləri ilə. Düşünürəm ki, bu danışıqlar daha da intensivləşəcək, amma yaxın aylarda bu danışıqlarının bir bəhrə verəcəyini düşünmürəm. Sadəcə olaraq, Amerika əsas oyunçu kimi bu proseslərin içərisində olacaq. Düşünürəm ki, sonda da hər hansı bir atəşkəs əldə olunacaqsa, burada masa ətrafında əyləşən tərəfin biri Amerika olacaq. Bunun da rüşeymləri görünməkdədir. Avropa İttifaqıda müəyyən cəhdlər edir, amma görünən odur ki, Amerikanın irəli sürdüyü sülh planı tədricən reallaşmaq üzrədir”.

 

Həmçinin şərhçi qeyd edib ki, bu prosesin davamlı olacağını hesab edirəm:

 

“Amerika-Ukrayna münasibətlərində müəyyən çatlar əmələ gələcəyini düşünmürəm, yaransa da, bunun dərinləşəcəyini düşünmürəm. Çünki bu Ukraynanın faktiki olaraq dövlətçilik taleyini gündəmə gətirə bilər. Etiraf edək ki, Amerika Ukraynanın tam şəkildə məğlub olmamasına çalışan və buna nail olan yeganə ölkə qismində görünür hazırda. Müharibənin uzanması isə qlobal təhlükəsizlik balansına getdikcə təsir edəcək və bu səbəbdən də müharibənin illərlə davam edəcəyini düşünmürəm, çünki Avropa artıq bu gərginliyi istəmir.

Ona görə də, düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinin son ili gələn il olacaq. Avropa İttifaqı isə burada hər hansı bir söz sahibi qismində görünə bilər, amma tam olaraq söz sahibi qismində dediyim kimi, Amerika, daha sonra isə Rusiya olacaq. Avropa İttifaqı sadəcə müəyyən güzəştlər əldə edə bilər. Ukraynanı bu iki tərəf istədiyi formada, yəni müəyyən qədər öz aralarında təsir dairəsinə böləcəklər”.

 

 

Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər