00:00:00
Yazar
Admin User
18.10.2025 04:44 105 1 dəq oxuma
Dünya

Tramp Zelenskiyə "Tomahawk" raketlərini Kiyevə verməyə hazır olmadığını deyib

Tramp Zelenskiyə "Tomahawk" raketlərini Kiyevə verməyə hazır olmadığını deyib

ABŞ Prezidenti Donald Tramp oktyabrın 17-də Ağ Evdə keçirilən görüşdə Ukrayna lideri Volodimir Zelenskiyə bildirib ki, ən azı hazırkı məqamda Kiyevə uzaq mənzilli "Tomahawk" raketlərini tədarük etmək niyyətində deyil.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Axios" portalına görüş haqqında məlumatlı olan iki mənbə bildirib.

 

Onların sözlərinə görə, Tramp hazırda prioritetinin diplomatiya olduğunu bildirши və "Tomahawk"ların tədarükünün bu səyləri zəiflədə biləcəyini düşünür.

 

Mənbələrdən biri görüşün "asan keçmədiyini" bildirib, digəri isə sadəcə "pis keçdiyini" deyib.

 

"ABŞ-nin münaqişənin diplomatik həlli ilə bağlı hazırkı təklifi cəbhə xəttini dondurub müharibəyə son qoymaqdır", - portal qeyd edib.

 

Tramp münaqişənin dondurulmasına "Truth Social"dakı paylaşımında da işarə edib.

 

"Onlar (Rusiya və Ukrayna - red.) olduqları yerdə dayanmalıdırlar. Qoy hər iki tərəf qələbə qazansın, qoy hər şeyi tarix müəyyənləşdirsin", - ABŞ Prezidenti vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər