00:00:00
Yazar
Admin User
10.12.2025 18:36 254 1 dəq oxuma
Siyasət

Tramp Zelenskiyə vaxt verib

Tramp Zelenskiyə vaxt verib

"Faynənşl Tayms" qəzeti adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb ki, Ukrayna Prezidenti Vladimir Zelenskiyə sülh planına cavab vermək üçün bir neçə gün vaxt verilib.

 

Məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin 6 dekabrda Zelenski ilə telefon danışığı zamanı ona tez qərar verməsi üçün təzyiq göstərilib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, mövcud sülh planı Ukraynanın maraqlarına uyğun deyil:

 

“ABŞ-nin Ukrayna prezidenti Vladimir Zelenskiyə təziq göstərməsi sülh proqramının ləngiməsinə səbəb ola bilər. Şübhəsiz ki, mövcud sülh planı Ukraynanın maraqlarına uyğun deyil. Sadəcə məcbur şəkildə qəbul etməkdən başqa çıxış yolu yoxdur. ABŞ-nin Rusiya ilə nəzərdə tutulmuş iqtisadi, ticari planlarının həyata keçirilməsi üçün sülhə tələsir. Ancaq bu da Ukraynanın digər siyasi manevr imkanlarını məhdudlaşdırır. Yeganə olaraq Ukraynanın şansı Avropa İttifaqının rəyidir. Əgər Aİ-nin də Ukraynaya ciddi dəstəyi olmasa ABŞ-nin təsiri qarşısında təslim olmağa məcbur olacaq. Əgər Zelenski məlum sülh planına təslim olmasa, onun istefası üçün növbəti təziqlər başlayacaq. Ancaq hazırda Ukraynanın durumu elədir ki, böyük ehtimalla ABŞ-nin sülh planına müsbət cavab verəcək”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər