00:00:00
Yazar
Admin User
12.11.2025 18:13 127 1 dəq oxuma
Dünya

Trampdan Herzoqa məktub

Trampdan Herzoqa məktub

ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti İsaak Herzoqa yazdığı məktubda korrupsiya ittihamı ilə mühakimə olunan İsrailin Baş naziri Benyamin Netanyahunun əfv edilməsini istəyib. Tramp Netanyahunun barəsindəki işlərin siyasi və ədalətsiz olduğunu müdafiə edib.

 

İsrail mətbuatının yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Trampın İsrail Prezidenti İsaak Herzoqa göndərdiyi məktub dərc olunub. Tramp məktubunda İsrail məhkəmələrinin müstəqilliyinə hörmət etdiyini bildirib, lakin Netanyahunun barəsindəki işlərin “siyasi və ədalətsiz” olduğunu iddia edib. Məktubda Tramp Herzoqdan Netanyahunu əfv etməsini xahiş edib.

 

Prezident Administrasiyasının Mətbuat Xidmətinin yazılı açıqlamasında Trampın Netanyahunun əfv olunması üçün Herzoqa məktub göndərdiyi təsdiqlənib. Açıqlamada bildirilib ki, Herzoqun Trampa böyük hörmət bəslədiyi qeyd olunub, lakin hər hansı şəxsin əfv olunması üçün Prezident Administrasiyasına rəsmi müraciət təqdim edilməlidir.

 

ABŞ Prezidenti Tramp Qəzzə üçün atəşkəs razılaşmasından sonra İsrailə etdiyi səfərdə də eyni tələbi səsləndirib. Tramp İsrail parlamentində Herzoqa müraciət edərək, “Netanyahunu əfv et” deyib.

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər