00:00:00
Yazar
Admin User
18.06.2025 15:25 158 1 dəq oxuma
Dünya

Trampdan İrana: Hücum edə də bilərəm, etməyə də bilərəm

Trampdan İrana: Hücum edə də bilərəm, etməyə də bilərəm

ABŞ Prezidenti Donald Tramp İrana hücum edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib: “Hücum edə bilərəm də, etməyə də bilərəm. Heç kim nə edəcəyimi bilmir”.


Prezident Tramp, Ağ Evdə bayraq dirəklərinin ucaldılması üçün təşkil olunan tədbirdə jurnalistlərin suallarını cavablandırıb və İsrail-İran gərginliyini dəyərləndirib.


İsrail-İran gərginliyinin artması ilə bağlı bir sıra məsələlərə toxunan Tramp, ictimaiyyətin ən çox maraqlandığı “ABŞ, İrana hərbi hücum edəcəkmi?” sualını da cavablandırıb.


Tramp, “İranın nüvə obyektlərinə hücuma yaxınsınızmı?” sualına isə belə cavab verib: “Bunu deyə bilmərəm, elə deyilmi? Bu sualı cavablandıracağımı ciddi şəkildə düşünmürsünüz, yəqin”.


TRT HABER
Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər