00:00:00
Yazar
Nərmin Həşimova
25.06.2026 20:19 23 1 dəq oxuma
Siyasət

Trampdan İrana sərt ultimatum: Bir fakt bütün danışıqları çökdürə bilər

Trampdan İrana sərt ultimatum: Bir fakt bütün danışıqları çökdürə bilər

"İran rəhbərliyi gəmilərin Hörmüz boğazından keçidi üçün heç bir ödəniş tələb etmədiyinə dair ABŞ-yə zəmanət verib. Əgər rüsumların hələ də yığıldığı aşkar olunarsa, Birləşmiş Ştatlar İranla aparılan danışıqları dərhal sonlandıracaq".

Bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında bildirib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ Prezidenti Donald Trampın bu bəyanatı göstərir ki, Vaşinqton Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini danışıqlar prosesinin əsas şərtlərindən biri kimi qiymətləndirir:


“Əgər ABŞ İranın verdiyi öhdəliklərin yerinə yetirilmədiyi qənaətinə gəlsə, bu təkcə nüvə danışıqlarının dayanmasına deyil, həm də iki ölkə arasında etimadın yenidən ciddi şəkildə sarsılmasına səbəb ola bilər. Belə bir ssenaridə Vaşinqtonun iqtisadi təzyiq mexanizmlərini gücləndirməsi və regionda hərbi mövcudluğunu artırması ehtimalı da istisna deyil. Bu açıqlama regionda gərginliyi artırmaq potensialına malikdir. Hörmüz boğazı dünya enerji tədarükünün ən strateji marşrutlarından biri olduğundan burada yaranacaq hər hansı yeni böhran neft bazarlarına, beynəlxalq gəmiçiliyə və Yaxın Şərqdə təhlükəsizlik balansına birbaşa təsir göstərə bilər. Bununla belə, tərəflərin son aylarda dialoq kanallarını tam bağlamaması göstərir ki, sərt bəyanatlar daha çox qarşı tərəfə təzyiq vasitəsi kimi istifadə olunur. Yəni yaxın perspektivdə həm diplomatik təmasların davam etməsi, həm də qarşılıqlı təzyiq siyasətinin paralel şəkildə aparılması daha real ssenari kimi görünür”.


Nurgün Qənizadə

#ABŞ #İran #Tramp #şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər