00:00:00
Yazar
Admin User
23.06.2025 16:27 101 1 dəq oxuma
Dünya

Trampdan neft qiymətləri haqqında çağırış

Trampdan neft qiymətləri haqqında çağırış

 

ABŞ Prezidenti Donald Tramp neft qiymətlərinin aşağı səviyyədə saxlanılması çağırışı edib.

 

Tramp Truth Social sosial media hesabından mövzu ilə bağlı paylaşımlar edib.

Neft qiymətlərinin aşağı səviyyədə saxlanmasını istəyən Tramp, “İzləyirəm. Düşmənin çörəyinə yağ yaxırsınız, etməyin” ifadəsini işlədib.

 

Tramp digər bir paylaşımında isə ABŞ Energetika Nazirliyinə müraciətlə, “Qazma, balam, qazma. Və dərhal indi deyirəm” sözlərini yazıb.

 

ABŞ Energetika naziri Kris Rayt isə Trampın həmin paylaşımına belə cavab verib: “Məsələ ilə maraqlanırıq. Prezident Trampın liderliyi sayəsində Amerikanın enerji təhlükəsizliyi heç vaxt olmadığı qədər güclüdür”.

 

Yaxın Şərqdə İran ilə İsrail arasında artan gərginlik, ABŞ-nin İranda yerləşən üç nüvə obyektinə hava hücumu ilə daha da şiddətlənib.

 

İranın buna cavab olaraq dünya üzrə neft tədarükünün əhəmiyyətli hissəsinin həyata keçirildiyi Hörmüz Boğazını bağlama ehtimalı isə neft bazarlarını hərəkətə gətirib.

 

TRT XƏBƏR 

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər