00:00:00
Yazar
Admin User
17.10.2025 17:50 122 2 dəq oxuma
Siyasət

Trampdan Rusiya ilə bağlı gözlənilməz açıqlama

Trampdan Rusiya ilə bağlı gözlənilməz açıqlama

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyəcək. Qeyd edək ki, ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub. Tərəflər Macarıstanın paytaxtı Budapeştdə görüş barədə razılığa gəliblər.

 

Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın siyasəti qərarsızlıq təsiri bağışlayır:

 

“Trampın Rusiya ilə bağlı qərarı arzuolunmaz olsa da, gözlənilməz deyil. Çünki prezident Putinlə Alyaskada keçirdiyi görüş, Ukrayna müharibəsinə soyuq münasibəti, müharibədən daha çox iqtisadi fayda götürmək cəhdləri belə bir münasibəti şərtləndirir. Trampın siyasəti həm də qərarsızlıq təsiri bağışlayır. Bir-birindən fərqli mövqelərlə dünya ictimaiyyətini ümid və qorxu altında saxlayır. Böyük çoxluq inanmağa çalışır ki, nəhayət ABŞ qəti mövqe sərgiləyərək Rusiyanın beynəlxalq hüquqa zidd hərəkətlərinin qarşısını alacaq. Ukraynanın ərazi bütövlüyü bərpa olunacaq. Bununla belə Birləşmiş Ştatların güzəştli mövqeyi və Rusiya ilə əməkdaşlıq istəklərinin Ukraynanın haqqının tapdanmasına səbəb olacağı narahatlığı da var. Ancaq belə görünür ki, Tramp Rusiyaya qarşı sərt mövqe sərgiləmək istəmir. Çünki Tramp Rusiyanı ölkəsinin əsas düşməni kimi görmür. Üstəlik, bu müharibəyə hələ də öz savaşı olaraq yanaşmır. Ona görə də Ukraynaya lazımi dəstəyi vermir, Avropaya isə öz təhlükəsizliyini təmin etməyi tövsiyə edir. İstənilən halda iki dövlət başçısının görüşünün özü bir nəticədir. Beynəlxalq cinayətdə ittiham olunan və üzərində həbs barədə qərar olan Putinin ABŞ-yə, bunun ardınca isə Avropaya səfəri onu izolyasiyadan çıxarır”.

 

Ekspert qeyd edib ki, görüşdə müharibə, Ukraynanın taleyi və ABŞ-Rusiya münasibətlərinin müzakirə olunması gözlənilir:

 

“Görüşdə, şübhəsiz ki, Ukraynada müharibə, onun gələcək taleyi, ABŞ-Rusiya münasibətiləri müzakirə olunacaq. Yenə də Ukraynanın gələcək taleyi onsuz müzakirəyə çıxarılacaq. Bununla belə müharibənin dayandırılması ilə bağlı irəliyə doğru daha bir addım atıla bilər. İndiki halda Ukraynaya gözlənilən dəstək verilmirsə, heç olmasa ukraynalıların öldürülməsinin qarşısının alınması yaxşı addım olar. Bu istiqamətdə atılan addımlarda Ukraynanın strateji maraqlarının nəzərə alınması çox vacibdir. Ancaq Ukraynanın bölüşdürülməsi narahatçılığımızı da ifadə etməyimiz vacibdir. Bundan əvvəlki müzakirələrə istinad edərək bu fikri söyləmək olar”.

 

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər