Trampdan ukraynalılara: Bu mühüm gündə bilin ki...
Ukrayna xalqının sarsılmaz ruhu var və ölkənizin cəsarəti çoxlarını ruhlandırır.
"İnformator.az" xəbər verir ki, bunu ABŞ Prezident Donald Tramp Ukraynanın Müstəqillik Günü ilə bağlı təbrikində deyib.
“Bu mühüm gündə bilin ki, ABŞ sizin mübarizənizə hörmətlə yanaşır, fədakarlıqlarınıza hörmət edir və müstəqil bir dövlət kimi gələcəyinizə inanır”, - Tramp bildirib.