Trampdan Ukraynaya yeni şok!
ABŞ-də Tramp administrasiyasının Rusiyanın hücumlarından qaçan təxminən 240 min ukraynalının hüquqi statusunu ləğv etməyi planlaşdırdığı və bu şəxslərin ABŞ-dən tez bir zamanda deportasiya oluna biləcəyi iddia edilib.
Reuters yüksək rütbəli ABŞ rəsmisinə və üç mənbəyə əsaslanaraq iddia edib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası Rusiyanın hücumlarından qaçan təxminən 240 min ukraynalının müvəqqəti hüquqi statusunu ləğv etməyi planlaşdırır.
Zelenski ilə depatdan əvvəl başlanıb
Aprel ayında həyata keçirilməsi gözlənilən bu addımın ukraynalıların sürətlə deportasiyasına səbəb olacağı bildirilib. Bildirilib ki, ukraynalılar üçün müdafiə tədbirlərini geri götürmək planı Trampın ötən həftə Ukrayna Prezidenti Vladimir Zelenski ilə müzakirəsindən əvvəl başlayıb. Mənbələr qeyd ediblər ki, sözügedən addım Tramp administrasiyasının Bayden dövrünün başlatdığı müvəqqəti humanitar evakuasiya proqramları çərçivəsində ABŞ-yə girməsinə icazə verilən 1,8 milyondan çox immiqrantın hüquqi statusunu ləğv etmək səylərinin bir hissəsidir.
Mənbə: CNN Türk
Kəmalə Vəliyeva