00:00:00
Yazar
Admin User
09.06.2025 17:51 211 1 dəq oxuma
Dünya

Trampı məhkəməyə verir

Trampı məhkəməyə verir

 

Kaliforniya qubernatoru Qevin Nyusom etirazları yatırtmaq üçün Los-Ancelesə Milli Qvardiya qoşunlarının yerləşdirilməsi əmrinə görə ABŞ prezidenti Donald Trampı məhkəməyə verəcək.

 

 

“İnformator.az” xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib.

 

“Donald Tramp məhz bunu istəyirdi. O, yanğınlar törədib və Milli Qvardiyanı federallaşdırmaq üçün qeyri-qanuni hərəkətlər edib. Onun imzaladığı sərəncam təkcə Kaliforniyaya şamil edilmir. Bu, ona hər ştata dair eyni hərəkəti etməyə imkan verəcək. Biz onu məhkəməyə veririk”.

 


Qeyd edək ki, ABŞ-nin Los-Anceles şəhərində artıq üçüncü gündür davam edən kütləvi etirazlar iğtişaşlara çevrilib. Etirazların səbəbi federal miqrasiya xidmətləri tərəfindən həyata keçirilən genişmiqyaslı reydlər və iddia edilən qeyri-qanuni miqrantların həbsi olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər