00:00:00
Yazar
Admin User
14.05.2025 20:56 250 1 dəq oxuma
Dünya

Trampı tənqid edən yüksəkvəzifəli məmurlar işlərindən azad ediliblər

Trampı tənqid edən yüksəkvəzifəli məmurlar işlərindən azad ediliblər

 

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Kəşfiyyat üzrə Milli Şuranın sədri vəzifəsini icra edən Mayk Kollinsi vəzifəsindən azad edib.

 

“İnformator.az”  xəbər verir ki, bunu ABŞ kəşfiyyatının yüksəkvəzifəli əməkdaşları "Fox News" telekanalına bildiriblər.

 

Onlar qeyd ediblər ki, Kollins siyasi qərəzlilikdə və Donald Tramp administrasiyasının fəaliyyətinə qəsdən zərbə vurmaqda ittiham olunub.

Qabbard həmçinin Kollinsin müavini Mariya Lanqan-Raykhoffun da işdən azad edilməsini tapşırıb.

 

Telekanalın həmsöhbətlərinin məlumatına görə, o, əsaslı şəkildə Trampın əleyhinə mövqe tutur.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər