00:00:00
Yazar
Admin User
19.02.2025 16:44 146 1 dəq oxuma
Dünya

Trampın avtomobil idxalı ilə bağlı yeni planı

Trampın avtomobil idxalı ilə bağlı yeni planı

ABŞ Prezidenti Donald Tramp avtomobil idxalına 25 % civarında gömrük rüsumu tətbiq etməyi planlaşdırdığını və bununla bağlı ətraflı məlumatın 2 aprel tarixində açıqlanacağını bildirib. O, həmçinin dərman və çiplərə tətbiq ediləcək gömrük rüsumlarının da oxşar səviyyədə olacağını gözlədiyini qeyd edib.

 

Donald Tramp keçirdiyi mətbuat konfransında, "Vergi dərəcələrini yəqin ki, 2 apreldə elan edəcəyəm, lakin təxminən 25 % olacaq", – deyə bildirib.

 

İLK MƏRHƏLƏDƏ 25 FAİZ, AMMA SONRA DAHA DA ARTA BİLƏR.

 

Tramp dərman və çiplərə tətbiq ediləcək gömrük rüsumlarının ilkin olaraq təxminən 25 % səviyyəsində olacağını və bir il ərzində əhəmiyyətli dərəcədə artacağını vurğulayıb. O, gömrük rüsumlarının şirkətləri ABŞ-yə qayıtmağa təşviq edəcəyini iddia edib və əgər onlar ölkə daxilində zavodlar açsalar, vergilərin sıfır olacağını bildirib. Tramp gömrük rüsumları, vergilər və təşviqlərlə bağlı iqtisadi siyasətinə görə bəzi böyük şirkətlərin ABŞ-yə qayıtmaq istədiklərini qeyd edib.

 

Mənbə: Haberler

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər