TRAMPIN CƏNUBİ KOREYA İLƏ BAĞLI PLANLARI - EKSPERTDƏN AÇIQLAMA
Amerika lideri Pentaqon rəhbərinə Koreya Respublikası ilə birgə hərbi təlimlərin miqyasının azaldılmasını tapşırıb. ABŞ-nin Cənubi Koreya ilə hərbi təlimləri azaltmaq qərarı Vaşinqtonun Şərqi Asiyadakı təhlükəsizlik strategiyası və Seul ilə müttəfiqlik münasibətlərinin gələcəyi baxımından ciddi suallar yaradır. Mütəxəssislər bu gedişin arxasında dayanan siyasi və strateji hesablamaları, eləcə də qərarın regiondakı hərbi balans üçün mümkün nəticələrini daha önəmli hesab edirlər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında analitik Cenni Taun bildirib ki, Amerika Prezidenti bu addımı Şimali Koreya ilə diplomatiyanı yenidən canlandırmaq istədiyi üçün atıb:
"Bu, kiçik bir jestdir. Donald Tramp 2019-cu ildə Şimali Koreyaya səfər edən ilk dövlət başçısı olub. Lakin sonralar əlaqələri bir qədər kəsilib. Tramp münasibətləri bərpa etmək məqsədilə təlimləri dayandırır”.