00:00:00
Yazar
Ayşən Səlimova
03.03.2026 20:22 13 2 dəq oxuma
Dünya

Trampın İran Planı: Yeni hərbi mərhələ başlayır

Trampın İran Planı: Yeni hərbi mərhələ başlayır

Donald Tramp ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı daha sərt bəyanatla çıxış edib. O bildirib ki, indiyə qədər atılan addımlar plan üzrə davam edir və əməliyyatın gedişi müsbət qiymətləndirilir. Bununla belə, Tramp vurğulayıb ki, əsas və daha genişmiqyaslı mərhələ hələ başlamayıb və yaxın zamanda ən böyük zərbə dalğasının həyata keçirilməsi nəzərdə tutulur.

 

Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan “İnformator.az”a açıqlamasında bildirib ki, bugünkü vəziyyət beynəlxalq nizamın pozulmasının nəticəsidir:

 

“Trampın İrana qarşı əməliyyatda qarşıya qoyduğu konkret hədəflər var: ABŞ və İsrailə düşmən olan rejim dəyişməli, nüvə və raket təhdidləri birdəfəlik aradan qaldırılmalıdır. Əməliyyat zamanı ilk hədəfin Xameneinin olması da məhz rejimi dəyişmək istəyi ilə bağlı idi. Plana görə dini liderin ölümü ilə əhali meydanlara çıxıb rejimi dəyişməli idi. Məsələ burasındadır ki, bunun əksi baş verib. İnsanlar meydana çıxıb birlik nümayiş etdirib. Hakimiyyətdən narazı olanlar isə hələ ki, gözləmə mövqeyindədir. Bu da təbiidir. Meydanda tək qalacaqlarından qorxurlar. İran hakimiyyəti isə öldürülən həm dini, həm də hərbi rəhbərlərin əvəzinə yenilərini təyin edir və qisas əməliyyatı ilə təslim olmayacağını göstərir. İran regiondakı ABŞ bazaları və İsrailə raket zərbələri endirir. Görünən odur ki, ABŞ qısa müddətdə İranı təslim edə bilməyəcək. Buna görə də Tehranı daha genişmiqyaslı hücumla hədələyir. Bəzən beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin niyə səssiz qaldığı barədə müzakirələr gedir. Amma anlamalıyıq ki, bugünkü vəziyyət beynəlxalq nizamın pozulmasının nəticəsidir. İndi yeni nizamı beynəlxalq təşkilatlar yox, güc formalaşdırır”.

 

 

Aydan Əsgərxanlı

#gündəm #azərbaycan #trampın #baki #mərhələ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər