00:00:00
Yazar
Admin User
19.06.2025 06:17 104 1 dəq oxuma
Dünya

Trampın İrana qarşı hücum planlarını gizlicə təsdiqlədiyi iddia edilib

Trampın İrana qarşı hücum planlarını gizlicə təsdiqlədiyi iddia edilib

Wall Street Journal qəzetinin danışıqlardan xəbərdar mənbələrə istinadən verdiyi xəbərə görə, sabiq ABŞ prezidenti Donald Tramp, ABŞ-ın İrana qarşı hərbi hücum planlarına yaşıl işıq yandırıb.


Mənbələrin bildirdiyinə görə, Tramp çərşənbə axşamı gecə saatlarında keçirilən qapalı toplantıda, ABŞ-ın İrana qarşı mümkün hücum planlarını gizli şəkildə təsdiqləyib. Lakin o, Tehranın nüvə proqramından imtina edib-etməyəcəyini görmək üçün yekun əmri verməyi təxirə salıb.


Məlumatlara əsasən, İranın yerin altında yerləşən Fordo uran zənginləşdirmə zavodu ABŞ-ın potensial ilk hədəflərindən biri ola bilər.


Tramp, 17 iyun gecəsi Ağ Evdə yerləşən Fövqəladə Hallar Otağında yüksək səviyyəli rəsmilərlə birlikdə İsrailin İrana qarşı hücumları ilə başlayan toqquşmalar və ABŞ-ın mümkün müdaxiləsi ilə bağlı bir görüş keçirib


Dünən jurnalistlərə verdiyi açıqlamada isə Tramp, Yaxın Şərqdə baş verən bir münaqişəyə qarışmaq istəmədiyini bildirib və “Nə edəcəyim barədə fikirlərim var, amma hələ yekun qərarımı verməmişəm. Qəti qərarımı son saniyədən əvvəl vermək istəyirəm, çünki müharibədə vəziyyət daim dəyişir,” deyə vurğulayıb.


TRT Haber
Xəlilli Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər