00:00:00
Yazar
Admin User
07.03.2025 16:15 154 1 dəq oxuma
Dünya

Trampın ələ saldığı Trüdo göz yaşlarına boğuldu

Trampın ələ saldığı Trüdo göz yaşlarına boğuldu

Uzun müddətdir ABŞ prezidenti Donald Trampın hədəfində olan və alçaldılan Kanadanın baş naziri Castin Trüdo bu gün etdiyi çıxışda göz yaşlarına boğuldu.

 

Tramp aylardır Trüdonu ələ salır, Kanadanı 51-ci ştat kimi ilhaq etməklə hədələyir və baş naziri “Qubernator Trüdo” adlandırır.


O, göz yaşlarına qərq oldu

Ottavada uşaqların sağlamlığı ilə bağlı keçirdiyi mətbuat konfransında o, yolun sonunu açıq şəkildə gördüyünü və emosional olduğunu bildirib. Ağlamağa başlayan Trüdo, "Bu ofisdə olduğum hər gün kanadalıları birinci yerə qoymuşam. Bunu sizə demək üçün buradayam ki, bu hökumətin son günlərində belə biz sizin üçün buradayıq və bu gün və gələcəkdə də kanadalıları məyus etməyəcəyik",-dedi.

 

Mənbə: a haber
Nərmin Həşimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər