00:00:00
Yazar
Admin User
18.11.2024 19:50 247 1 dəq oxuma
Dünya

Trampın müşaviri Baydenin Rusiyaya dərin zərbələr endirmək qərarını şərh edib

Trampın müşaviri Baydenin Rusiyaya dərin zərbələr endirmək qərarını şərh edib

ABŞ prezidenti Co Baydenin Ukraynaya uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verməsi eskalasiyaya doğru daha bir addımdır. "İnformator.az" “Fox News”a istinadən xəbər verir ki, bunu ABŞ-nin yeni seçilən prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals deyib.

O qeyd edib ki, belə bir addımın nəticələri gözlənilməzdir. Valsın sözlərinə görə, Bayden administrasiyası qərarla bağlı Trampa məlumat verməyib. Siyasətçi öz növbəsində Rusiya və Ukrayna arasında danışıqlar üçün "böyük strategiya" haqqında danışıb.

Bundan əvvəl Qərb mediası Baydenin ilk dəfə olaraq Ukraynanın Rusiya ərazisində uzaqmənzilli ATACMS raketlərinin istifadəsinə icazə verdiyini yazıb. Bu məlumatı sonradan Avropa diplomatiyasının rəhbəri Xosep Borrell də təsdiqləyib. Eyni zamanda, ABŞ Dövlət Departamenti Vaşinqtonun Ukraynanın ATACMS raketlərindən istifadəsinə dair siyasətinin dəyişmədiyini iddia edir.

 

Banuçiçək Kalbalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər