Trampın nümayəndəsi Moskvada
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun yaxın günlərdə Moskvaya səfəri gözlənilir. Məlumata görə, səfərin əsas məqsədi Rusiya Prezidenti Vladimir Putinlə ehtimal olunan görüşdür. Bu səfər ABŞ-Rusiya münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Mövzu ilə bağlı konfliktoloq Elman Vəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, görüşün əsas məqsədi Ukrayna məsələsidir:
"Eyni zamanda, bu səfər iki ölkə liderinin gələcəkdə keçirə biləcəyi görüş üçün zəmin yaratmaq məqsədi daşıyır. Stiven Uitkoff Trampın fikirlərini və şərtlərini Putinə çatdıracaq. Onu bir növ elçi kimi başa düşmək olar. Tramp Rusiya ilə əməkdaşlıq edərək həm Qərbi, həm də Çini zəiflətməyə çalışır. Putinin də mövqeyi bəllidir — o, Ukraynanın resurslarının ABŞ tərəfindən mənimsənməsini istəmir. Rusiya Amerika ilə əməkdaşlıq edərək öz nüfuz dairəsini genişləndirmək niyyətindədir. Siyasi arenada hər şey mümkündür", – deyə ekspert bildirib.
Aytən Ağazadə