00:00:00
Yazar
Admin User
01.07.2025 17:25 76 1 dəq oxuma
Dünya

Trampın Qəzza açıqlaması

Trampın Qəzza açıqlaması

 


ABŞ Prezidenti Donald Tramp Qəzzada “gələn həftə ərzində” atəşkəsə nail olacağına ümid etdiyini bildirib.


ABŞ Prezidenti Donald Tramp Ağ Evdən Florida ştatındakı Alliqator Alkatrazına getmək üçün Vaşinqtonu tərk etməzdən əvvəl mətbuata açıqlama verib.

Tramp İsrailin baş naziri Binyamin Netanyahunun Ağ Evə səfəri zamanı Qəzza və “İranda uğurun” gündəmdə olacağını bildirib.

Qəzzadakı atəşkəslə bağlı Tramp, "Ümid edirik ki, bunun tezliklə baş verəcəyini və gələn həftə olacağını gözləyirik. Məhbusları geri qaytarmaq istəyirik".

ABŞ Prezidenti həmçinin ötən həftə verdiyi açıqlamada İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağında “gələn həftə ərzində” atəşkəs əldə oluna biləcəyini bildirib.


Tramp ABŞ-nin İrana hücumunun indi “məhv edilmiş” kimi qiymətləndirilə biləcəyini qeyd edərək, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hücumun baş verdiyi yerə girmək mümkün olmadığını dediyini bildirib. Digər tərəfdən qeyri-qanuni mühacirlərin saxlanılacağı “Timsah Alkatraz” adlı yeni təcridxana ilə bağlı Tramp bura gətirilən qeyri-qanuni mühacirlərə “timsahlardan necə qaçmağı” öyrədəcəklərini bildirib.


Tramp diaqonal qaçış jesti edərək, "Düz bir xətt üzrə qaçmayın. Belə qaçın. Əgər belə qaçsanız, şansınız 1 faiz artır" deyib.

Netanyahunun iyulun 7-də ABŞ Prezidenti Trampla görüşəcəyi gözlənilir.
İsrailin Baş Naziri Benyamin Netanyahunun iyulun 7-də, bazar ertəsi Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcəyi bildirilib.


CNN Türk
Əminə Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər