00:00:00
Yazar
Admin User
11.04.2025 15:14 108 3 dəq oxuma
Siyasət

Trampın Rusiya prezidenti Putinə qəzəbi

Trampın Rusiya prezidenti Putinə qəzəbi

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Tramp, atəşkəslə bağlı verdiyi vədləri yerinə yetirməyən Rusiya Prezidenti Vladimir Putinə çox qəzəblidir. Zelenski, Trampın Ukraynada atəşkəs ideyasını irəli sürdüyünü və bunun müharibəni bitirmək üçün ilk addım olduğunu vurğulayıb, lakin Putin bu addımlara qarşı çıxır.

 

Mövzu ilə bağlı politoloq Aytən Qurbanova "informator.az" a açıqlamasında bildirib ki, Zelenskinin bu bəyanatı bir daha göstərir ki, Putinin atəşkəslə bağlı son mövqeyində ciddi bir dəyişiklik müşahidə olunmayıb. Oxşar bəyanatları biz Donald Trampında çıxışlarında eşitdik. Mütləq olaraq ABŞ və Rusiya münasibətlərinə eləcə də, Putin və Tramp münasibətlərinə də təsir edici faktlardan biridir. Çünki ilkin mərhələdə Tramp, Putin əlaqələri şəxsi münasibətdən yüksək səviyyədə olması, atəşkəslə bağlı müddəalarını Rusiyanın da adekvat şəkildə qəbul etməsi və konstuktiv mövqey nümayiş edirilməsi müşahidə edilirdisə, sonrakı mərhələdə biz Putinin çıxışlarında atəşkəsin bəndlərindəki boşluqlarında daha çox ifadə edildiyini, kimin atəşkəsə daha çox nəzarət etməsi məsələsi, hansı qaydalarla atəşkəsin əldə olunması ilə bağlı məsələlərin hələ də müzakirə edilmədiyini səsləndirdiyini gördük:

 

"Bu da onu göstərirdi ki, Rusiya hələ də atəşkəslə bağlı müddəalarda razı deyil və razı olmadığı məqamlar, təbii ki, Amerika və Ukraynanın qəbul etmədiyi məqamlardır ki, bu ciddi fikir ayrılıqlarının əsas göstəricisidir. Zeleniskinin bu bəyanatından sonra Amerika və Rusiya münasibətlərində hər hansısa bir gərginliyin müşahidə ediləcəyi ya da bunun hansı formada təsir edəcəyi ilə bağlı ilkin ehtimallar onsuz səsləndirilən fikirlər onu göstərir ki, Tramp əgər atəşkəslə bağlı müddəalar qəbul edilməsə, Putinin Rusiyaya münasibətinin yeni sanksiyalar, yeni tariflərin qəbul olunması və bu istiqamətdə iqtisadi yönümlü addımların atılması ilə bağlı fikirlər səsləndirib. Təbii ki, münasibətlərin gələcəyinədə təsir edəcək. Eyni zamanda dünya nizamının yenidən formalaşdığı bir mərhələdə Rusiya və ABŞ-nin yeni beynalxalq münasibətlər sistemindəki yerinə və rolunada təsir edici faktırlardan biridir. Trampın atəşkəslə bağlı planlarının hər hansısa bir formada sülhü gətirəcəyinə ya da qısa müddətlidə olsa da, atəşkəs nail ola biləcəyinə yaxın prespektivdə inanılmır. Çünki səsləndirilən fikirlər adekvat şəkildə qarşılıqlı olan ziddiyyətli məqamları aradan qaldırmır. Yəni Rusiya Ukraynanın ərazi bütövlüyü ilə bağlı hər hansısa bir müddəaları qəbul etmir. Ukrayna müharibədən geri çəkilməkdən və eyni zamanda Rusiyanın tələblərini yerinə yetirməkdən imtina edir. Bu da o deməkdir ki, atəşkəsin ümumi müddəalarında razılığın əldə olunması sadəcə qısa müddətli vaxt qazanmaq və manevr etmək imkanlarıdır ki, bu Putinin ən çox səsləndirdiyi fikirlərindən biridir ki, Ukrayna güclənib yenidən hərbi əməliyyatlara davam etdirmək stəyir. Ona görə də atəşkəsin əldə olunmasına razı deyil".

 

O həmçinin bildirib ki, belə bir məqamda biz hər hansısa uğurlu prosesdən danışa bilmərik:

 

"Eyni zamanda Putin atəşkəs təklifini rədd edərsə, yəni artıq Putin atəşkəs təklifini ilkin mərhələdə rədd ediyini ifadə edib. Çünki səsləndirilən fikirlər və atəşkəsin müddəalarında olan boşluqlarla bağlı maddələr onu göstərir ki, Rusiya tərəfi mövcud şərtlərlə, yəni Trampın irəli sürdüyü şərtlərlə atəşkəsə razı deyil. Arxa pərdədə olan danışıqlarda Ukrayna ilə olan hansısa razılıqlar əldə olunub və Ukrayna niyə bu qədər istəkli və ya konstuktiv mövqeydən çıxış edir. Bu, təbii ki, müharibənin gedişində Ukraynaya neqativ təsir edən amillər eyni zamanda Ukraynanın ərazisinin işğal altında olması. İnfrasturukfurun çökməsi, Ukrayna iqtisadiyyatına vurulan ziyan, insan resusu baxımdan və ümumiyyətlə idarəçilik baxımdan da Ukraynanın müharibəni davam etdirməyi ya da müharibəni bitirməklə bağlı qısa müddətli fasiləyə ehtiyacı olduğunu göstəricisidir. Lakin Ukrayna tərəfidə mövcud şərtlər daxilində hərbi əməliyyatların dayandırılmasının tərəfdarı deyil. Bütövlükdə mənzərəni nəzərdən keçirdikdə və hadisələrin inkişaf fonuna nəzər yetirdikdə aydın şəkildə müşahidə olunur ki, hər iki tərəfdə müharibənin davam edirilməsinin tərəfdarıdır. Bu onu göstərir ki, qısa müddət ərzində nə atəşkəs, nə də sülhlə bağlı təklif olunan müddəalar uğurlu şəklidə icra oluna bilməz. Çox təəssüflər olsun ki, Ukrayna məsələsində ciddi bir irələyiş və müharibənin dayandırılması ilə bağlı hər hansısa bir mühüm nailiyyətin əldə olduğunu deyə bilmirik".

 

Ayşən Səlimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər