00:00:00
Yazar
Admin User
05.11.2025 18:07 60 2 dəq oxuma
Siyasət

Trampın sözünə görə ABŞ-dən izahat gözləyirik-

Trampın sözünə görə ABŞ-dən izahat gözləyirik-

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ hələ də prezident Donald Trampın nüvə sınaqları açıqlaması ilə bağlı izahat verməyib.

 

"Biz hələ də Amerika tərəfindən bəzi açıqlamalar almalıyıq, çünki nə Rusiya, nə də Çin heç bir nüvə sınaqlarını bərpa etməyib",- deyə Peskov bildirib.

 

Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin bu addımı Rusiyaya yeni imkanlar yarada bilər:

 

“Birləşmiş Ştatlar dünyada özünün hegemonluğunu qorumaq üçün maliyyə, iqtisadi təsirləri ilə yanaşı hərbi təzyiqlər də göstərir. Trampın bəzi ölkələrə münasibətdə gömrük rüsumlarını artırması, konfliktlərin idarə edilməsi istiqamətində addımları bir məqsədə xidmət edir. Bu da super güc statusunu qorumaqdır. ABŞ-nin nüvə sınaqlarına başlamaqla bağlı qərarı hərbi yarış, Rusiya və Çinə əzələ nümayiş etdirməkdir. ABŞ-nin nüvə sınaqları yeni bir presedent yaradır. Qarşılıqlı razılaşmaya əsasən ləğv edilmiş nüvə sınaqlarına başlamaqla ABŞ digərlərinin də qarşısında olan səddi götürür. ABŞ super güc kimi dünyada sülhün təminatçısı olmaqdansa Rusiyanın dünyanı silah gücünə dəyişmək niyyətinə dəstək kimi görünür. Rusiya ABŞ-nin bu addımından ruhlanaraq özünün daha azğın hərəkətlərini törədə bilər. Rusiya Birləşmiş Ştatların nüvə sınaqları qərarını özü üçün bir fürsətə çevirə bilər. Çünki bu, Rusiyaya imkan yaradır ki, həm Ukrayna cəbhəsində daha ağır silahlarını sınaqdan keçirsin, həm də nüvə sazişinin qadağan etdiyi hərəkətləri həyata keçirsin”.

 

Ekspert qeyd edib ki, nüvə sınaqları təkcə regionu deyil, bütün dünyanı risk altına salır:

 

“Nüvə sınaqları bütün dünya üçün təhlükədir. Sınaqlardan əmələ gələn zəhərli qazlar, yerin təkində baş verən partlayışlar ağır nəticələrini mütləq göstərəcək. Nüvə sınaqları həm dünyanın məhv edilməsi, həm də şikəst olması üçün ciddi təhdiddir. Çünki kifayət qədər inkişaf etmiş texnologiyalar və əldə edilmiş elmi biliklər Yeri məhv edəcək gücə malik dağıdıcı nüvə silahları yaratmağa imkan verir. Sınaqlar planetimizin atmosferini və biosferasını birmənalı şəkildə zədələyir. Bu, çox ciddi təhdiddir”.

 

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər