00:00:00
Yazar
Admin User
23.11.2025 04:51 100 1 dəq oxuma
Dünya

Trampın sərvəti 1,1 milyard dollar azalıb

Trampın sərvəti 1,1 milyard dollar azalıb

ABŞ Prezidenti Donald Trampın sərvəti 2025-ci ilin sentyabrından bu yana 1,1 milyard dollar azalaraq 6,2 milyard dollara çatıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

 

Nəşrin məlumatına görə, itkilər sentyabrda 17 dollar civarında satılan "Trump Media & Technology Group"un səhmlərinin qiymətinin azalması ilə bağlıdır. Hazırda şirkətin bir səhmini 10,30 dollara almaq olar.

 

Amerika lideri Forbesin milyarderlər siyahısında 595-ci yerdədir. Sentyabrın əvvəlində jurnal Trampın sərvətinin 7,3 milyard dollara çatdığını və onu dünyanın ən varlı adamları siyahısında 201-ci yeri tutduğunu bildirib.

 



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər