Trampın xəbərdarlığına baxmayaraq İsraildən İrana “məhdud hücum”
İsrail Ordu Radiosu, ABŞ Prezidenti Donald Trampın İsraillə bağlı açıqlamalarından sonra İranın paytaxtı Tehran yaxınlığında yerləşən bir radara hücum təşkil edildiyini açıqlayıb.
Kanal 12 televiziyası, hücumdan sonra Tehrana daha genişmiqyaslı hücum hazırlığında olan döyüş təyyarələrinin İsrailə dönüş üçün yola çıxdığını bildirib.
Yedioth Ahranot qəzeti də Tehran yaxınlığında hərbi bir hədəfə “məhdud hücumların” təşkil edildiyini qeyd edib.
Tramp gecə saatlarında İsrail ilə İran arasında atəşkəsə gediləcəyini elan edib, İsrail isə atəşkəsi qəbul etdiyini açıqlayıb.
Bunun ardınca atəşkəsin saat 07:00-da başlayacağı bildirilib.
Təl-Əviv rəhbərliyi, İranın atəşkəsin qüvvəyə minməsindən sonra İsrailə raket atdığını və atəşkəsi pozduğunu iddia edib.
Tehran rəhbərliyi isə atəşkəsin qüvvəyə minməsindən sonra İsrailə raket atıldığı ilə bağlı iddiaları təkzib edib.
TRT Haber
Xəlilli Nigar