TRAMPIN YENİ TAKTİKASI - XARİCİ EKSPERTDƏN AÇIQLAMA
Amerika lideri Pentaqon rəhbərinə Koreya Respublikası ilə birgə hərbi təlimlərin miqyasının azaldılmasını tapşırıb. Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb ki, bu manevrlər Şimali Koreyaya "düşmən siqnalı" göndərir. Sıradakı süjetdə beynəlxalq eksperetlər məsələyə fərqli istiqamətdən yanaşıblar.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında analitik Hans Mosler bildirib ki, Tramp Kim Çen In ilə yeni dialoq və ya təmas yaratmaq üçün əlindən gələni edir:
"Belə bir məqamda o, qarşıdakı aralıq seçkisini də gözdən qaçırtmır. Düşünürəm ki, mövcud vəziyyətdə Trampın xarici əlaqələri elə də uğurlu deyil. Amerika lideri xalqın diqqətini siyasətindəki boşluqlardan uzaqlaşdırmaq istəyir. Ona görə də belə addımlar atır".
Xarici analitik sonda qeyd edib ki, təlimlərin başladığı gün "Dayan!" əmri Trampın strateji düşüncəsinin məhsuludur. 47-ci lider həm təlimləri dayandırmaq, həm də Kim Çen In ilə görüşməyə hazır olduğunu bildirmək istəyir.