00:00:00
Yazar
Admin User
28.12.2024 16:52 304 2 dəq oxuma
Yoxdur

“Travma baş verdikdən sonra onun təsiri əsasən 40 gün ərzində müşahidə olunur”

“Travma baş verdikdən sonra onun təsiri əsasən 40 gün ərzində müşahidə olunur”

"Azərbaycan Hava Yolları" təyyarəsində baş verən son hadisə cəmiyyətin diqqət mərkəzindədir. Bu cür fövqəladə vəziyyətlər insanların səyahət vərdişlərinə təsir etməklə yanaşı, onların psixoloji sağlamlığında da izlər buraxır.


Mövzu ilə bağlı psixoloq Sibel Piriyeva "informator.az"a açıqlamasında bildirib ki, təyyarə hadisələri insanların psixologiyasına ciddi təsir göstərir və müxtəlif fobiyaların güclənməsinə səbəb olur:

 

"Təyyarə, yüksəklik, çarəsizlik, tək qalmaq və sosial fobiyası olan insanlarda bu qorxuların artdığı müşahidə olunur. Bu cür hadisələr təkcə qorxuları gücləndirmir, həm də insanların təyyarədən istifadə etməsinə maneə yaradır. Xüsusilə fobiyaları olan şəxslər belə vəziyyətlərdə daha çox çəkinməyə başlayırlar. Digər tərəfdən, bu hadisələr səyahət vərdişlərinə də təsir edir. Fobiya səviyyəsi yüksək olmayan şəxslər yenə də təyyarədən istifadə etməyə davam edə bilərlər".

 

Psixoloqun sözlərinə görə, travma baş verdikdən sonra onun təsiri əsasən 40 gün ərzində müşahidə olunur:

 

"Bunun səbəbi, beynin travmaya adaptasiya olmaq üçün müəyyən bir müddətə ehtiyac duymasıdır. Bu dövrdə həm hadisəni yaşayanlar, həm də hadisəni bilən və eşidənlər təsirlənir. Beyin bu müddətdə özünü sağaltmağa çalışır, buna görə də 40 gün ərzində psixoloq müdaxiləsi tövsiyə olunmur. 40 gün tamamlandıqdan sonra isə əgər aşağıdakı problemlər müşahidə edilərsə, mütləq psixoloji yardım göstərilməlidir:

Evdən çıxa bilməmək

 

Hər hansı nəqliyyatdan istifadə etməyə çəkinmək

 

Təngnəfəslik, təşviş pozuntuları, panik atak

 

Travma sonrası stress pozuntuları


Bu simptomlar və psixoloji pozuntular həm hadisəni yaşayan şəxsin, həm də yaxınlarının gündəlik həyatına təsir edə bilər. Bu halda, psixoloji yardım göstərərək onların həyat fəaliyyətini stabilləşdirmək mümkündür".

 

Sibel Piriyeva sonda qeyd edib ki, 40 gün keçdikdən sonra, əgər travma yaşayan şəxsin həyat keyfiyyəti aşağıdırsa və ya narahatlıqları davam edirsə, ona psixoloji dəstək göstərilməlidir:

 

"Yardım zamanı, narahatlıq doğuran əsas məqamlar müəyyən edilməli və onların üzərində işlənməlidir. Bu yolla həmin şəxsin psixoloji sağlamlığını bərpa etmək mümkündür".


Nərgiz Orucova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər