00:00:00
Yazar
Admin User
18.11.2025 09:43 151 1 dəq oxuma
Dünya

TRIPP Cənubi Qafqaz üçün geniş imkanlar açır

TRIPP Cənubi Qafqaz üçün geniş imkanlar açır

TRIPP sazişi Cənubi Qafqaz regionu üçün geniş iqtisadi imkanlar açır.

 

“İnformator.az” xəbər verir ki, bunu Atlantik Şurasının ştatdankənar baş elmi işçisi və geosiyasi analitik Riç Autzen Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumunda bildirib.

 

Onun sözlərinə görə, TRIPP sazişinin təkcə diplomatik əhəmiyyəti deyil, həm də böyük kommersiya potensialı var:

 

“Bu, həmin razılaşmanın özəl sektor da daxil olmaqla çoxsaylı dəstəkçilərini cəlb edir ki, bu da onun uğurla həyata keçirilməsi perspektivlərini gücləndirir”. 

 

Geosiyasi analitik Ermənistan ərazisinin 26 kilometrlik hissəsini əhatə edən və Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropanı birləşdirən tranzit dəhlizi olacaq TRIPP layihəsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Mərkəzi Asiya dövlətləri də bu layihəni Orta Dəhlizin tam şəkildə reallaşdırılması, Mərkəzi Asiya və Cənubi Qafqazın Qərb ölkələrinin iqtisadiyyatı ilə əlaqələrinin gücləndirilməsi imkanı kimi qiymətləndirir.

 

“Bu layihədə təxminən 10 ölkə maraqlıdır ki, bu da onu bütün region üçün çoxölçülü və strateji əhəmiyyətli edir. Bu, özəl sektor üçün fürsətlərlə birlikdə nikbinlik üçün ciddi əsaslar yaradır”, - analitik vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər